Cavanşir Məmmədov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB 2

Nərmin Qocamanova
Cavanşir Məmmədov bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB 2

 

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.

O, bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

13:15

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə “Operativ Media”ya TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

***

12:58

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə KİV-də məlumat yayılıb.

Müğənni bu gün dünyasını dəyişib. 

Digər xəbərlər