Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
"Operativ Media" xəbər verir ki, turun ilk oyununda "Neftçi" "Bakcell Arena"da "Şamaxı"nı 3-0 hesabı ilə məğlub edib.
Günün ikinci matçı isə Sumqayıtda keçirilib. "Sabah"ı qəbul edən "Sumqayıt" doğma meydanda 0-6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, sabah "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" matçları baş tutacaq.