Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. "Qəbələ" doğma meydanda Tovuzun "Turan" klubunu qəbul edəcək.
Günün ikinci matçı isə ASCO arenada baş tutacaq. "Qarabağ" klubu "Səbail"in qonağı olacaq.
Qeyd edək ki, XVIII tura sabah "Zirə" - "Kəpəz" matçı ilə yekun vurulacaq.