"Sabah"da yeni müqavilə

Əziz Əzizli
"Sabah"da yeni müqavilə

"Sabah" klubunda yeni müqavilə imzalanıb.

"Operativ Media" xəbər verir ki, "Sabah” FK müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.

Qeyd edək ki, Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi "Sabah"ın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur

Digər xəbərlər