"Netflix"in yeni serialı ən aşağı reytinq alıb

Operativ Media
"Netflix"in yeni serialı ən aşağı reytinq alıb

Ən məşhur rəqəmsal məzmun platforması "Netflix" öz bazasını genişləndirməyə davam edir. 

Serial və filmlərin reytinq platforması "Rotten Tomatoes"da baş tutan səsvermədə "The Witcher: Blood Origin" serialı tənqidçilər və tamaşaçılar tərəfindən qiymətləndirilib.

"Operativ Media" xəbər verir ki, ictimaiyyətə açıq olan reytinqə görə, serial 24 tənqidçidən yalnız 9-u tərəfindən bəyənilib. Həmçinin minlərlə izləyicinin rəyinə nəzərən, tamaşaçıların cəmi 8 faizi serialı bəyənib.

Tamaşaçılar “The Witcher: Blood Origin”in Andrzej Sapkowski kainatını əks etdirməməsindən, ssenarinin və aktyorların kifayət qədər zəif olmasından şikayətləniblər. Minlərlə tamaşaçı isə serialın hətta vaxt itkisi olduğunu iddia edib.

Qeyd edək ki, "Blood Origin"də canavarların, insanların və elflərin məskunlaşdığı dünyaların birləşməsi nəticəsində yaranan ilk Witchers və böyük dağılmadan əvvəlki sivilizasiyadan bəhs edilir.

Digər xəbərlər