Kriştianu Ronaldo ilk matçda oynamayacaq

Əziz Əzizli
Kriştianu Ronaldo ilk matçda oynamayacaq

"Əl-Nəsr" klubuna transfer olan Kriştianu Ronaldo ilk matçı buraxmalı olacaq.

"Operativ Media" xəbər verir ki, "Əl-Nəsr"in ""Əl-Taee" ilə oynayacağı matçda Kriştianu Ronaldo iştirak edə bilməyəcək. Buna səbəb Kriştianu Ronaldonun "Mançester Yunayted"in futbolçusu olarkən "Everton"la matçdan sonra bir azarkeşin telefonunu yerə atmasına görə 2 oyunluq cəza almasıdır. FİFA-nın Oyunçuların Statusu və Transfer Qaydalarının 12.1-ci maddəsinə görə Ronaldo qitəni dəyişsə də Premyer Liqada aldığı son cəza ilə üzləşməlidir.

Digər xəbərlər