Nazim Məmmədzadə: "Latviyadan milli komandaya dəvət almaq çox çətindir" - Müsahibə

Əziz Əzizli
Nazim Məmmədzadə: "Latviyadan milli komandaya dəvət almaq çox çətindir" - Müsahibə

Latviyanın "Qrobina" klubunda çıxış edən azərbaycanlı futbolçu Nazim Məmmədzadənin OperativMedia.az saytına müsahibəsi.

- Şimali Makedoniyadan sonra Latviya çempionatına keçdiniz. Azərbaycan klublarından hansısa təklif var idimi? 

- Sadəcə I liqadan təklifim var idi. Premyer Liqadan hərhansı bir təklif yox idi. Latviya klubundan təklif gəldikdən sonra buranı seçdim.

-  Latviyaya uyğunlaşmağa hansı çətinliklər oldu?

- Bizim I liqadan sonra bir az oyun tempinə uyğunlaşmaq çətin oldu, amma bir-iki turdan sonra hər şey qaydasına düşdü.

- Latviya çempionatında çıxış etdiyiniz komanda 23 turdan sonra 6-cı pillədə yer alır. Klubun hədəflərinin yüksək olmadığını görürük. Bəs sizin hədəfiniz nədir?

- Komandanın hədəfi əsas liqada qalmaqdır. Mənim hədəfim isə həmişə daha yüksək liqada və daha səviyyəli komandada oynamaqdır.

- Azərbaycan milli komandasının baş məşqçi postuna portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirildi. Milli komanda bundan sonra uğurlu ola bilərmi?

- Fernandu Santuş adlı-sanlı məşqçidir. İnanıram ki, milli komanda yeni məşqçi ilə daha da uğurlu olar.

- Fernandu Santuşdan milli komandaya təklif gözləyirsinizmi?

- Düzünü desəm, Latviyadan milli komandaya dəvət almaq çox çətindir. Çünki millidə oynayan futbolçular daha səviyyəli çempionatlarda və klublarda çıxış edirlər. Amma, əlbəttə ki, mən həmişə hazıram.

Digər xəbərlər