"Beşiktaş" klubu müdafiədəki boşluqları doldurmaq üçün mərkəz müdafiəçisi transfer etmək istəyir.
"Operativ Media" xəbər verir ki, "Beşiktaş" axtardığı müdafiəçini Portuqaliyada tapıb. "Braqa"nın 27 yaşındakı braziliyalı müdafiəçisi Vitor Tormena üçün qarşı tərəfə rəsmi təklif də göndərilib.
Qeyd edək ki, "Beşiktaş" futbolçunu transfer etmək üçün 4 milyon avrosundan keçməlidir.