"Mançester Yunayted" klubundan ayrıldıqdan sonra Kriştianu Ronaldonu transfer etmək istəyən klublar arasında Braziliyanın "Korintians" klubu da var idi.
"Operativ Media" xəbər verir ki, klubun prezidenti Duliyo Monteyro Kriştianu Ronaldoya təklif etdikləri maaşı açıqlayıb.
"Əl-Nəsr"in Ronaldoya təklif etdiyi maaş, bizim təklif etdiyimiz maaşdan 20 dəfə çox idi"
Qeyd edək ki, Ronaldo "Əl-Nəsr" klubunda ilinə 200 milyon avro qazanacaq.