"Spinozanın Tanrısı"nın ilk treyleri nümayiş olunub

Nərmin Qocamanova
"Spinozanın Tanrısı"nın ilk treyleri nümayiş olunub
"Spinozanın Tanrısı" filminin posteri və treyleri nümayiş olunub.

Xəbər verdiyimiz kimi, Azərbaycanda psixoloji triller janrında "Spinozanın Tanrısı" filmi çəkilib. 

Fevralın 27-i qala gecəsi, 28-dən isə isə kinoteatrlarda nümayişi nəzərdə tutulan tammetrajlı filmin posteri və treyleri nümayiş olunub.

Qeyd edək ki, Filmdə Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Hüsniyyə Mürvətova, Elşən Rüstəmov, həmçinin gənc və istedadlı aktyorlar Türkay Cəfərli, Lalə Süleymanova, Fidan Bayram və başqaları rol alıblar.

Filmin quruluşçu rejissoru Cavid Təvəkküldür.

Filmin ssenari müəllifi və baş prodüseri Rəsul Allahverdiyevin "Operativ Media"ya müsahibəsini biodakı linkdən keçid edərək saytımızdan oxuya bilərsiniz.

Digər xəbərlər