http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Parisi "Partladan" nədir? - ŞƏRH

13 Oktyabr 2022 , 16:47
Parisi "Partladan" nədir? - ŞƏRH

Fransa Avropanın və dünyanın güclü ölkələrindən biri olsa da, gücünü sərf edəcəyi tərəfi tanımaqda çətinlik çəkir və ya tanımaq istəmir. Azərbaycan 30 il erməni işğalından əziyyət çəkəndə bu aşkar görünürdü. Azərbaycanla bağlı mövqeyində indiki prezident Emmanuel Makron davamçıdır. Ondan əvvəlki prezidentlər Nikolya Sarkozi, Fransua Olland da bu münasibəti göstərmişdilər.

Münasibətlərdən söz düşmüşkən, bu qarşılıqlı olan məsələlərdir. Məsələn, Azərbaycan Fransada bir neçə sosial layihələrdə iştirak edib, Heydər Əliyev Fondu həmin Avropa ölkəsinin tarixi abidələrini bərpa etmək işini öhdəsinə götürüb. Fransız təhsil müəsisələri Azərbaycanda fəaliyyət göstərir. Belə qurub yaradan, Fransa tarixinə, irsinə hörmətlə, ehtiramla yanaşan Azərbaycana münasibət niyə ermənipərəstdir? Fransanın tarixinə, onun abidələrinə həssas yanaşan Azərbaycanın tarixi abidələrinin olduğu Qarabağda dağıntılara Fransa niyə belə etinasız yanaşır? Axı Azərbaycan abidələri, tarixi Ermənistanın işğalı nəticəsində dağıdılıb. Fransa prezidenti erməni rəsmiləri ilə görüşəndə və ya Azərbaycan tərəfi bu məsələləri hər dəfə bildirəndə niyə heç bir söz demir? Qurub yaradan Azərbaycanla vurub, dağıdan, viranə qoyan Ermənistanı ayırd etmək çətindir? Üstəlik Azərbaycan tarixi torpaqlarını işğaldan azad edəndə, səfirlərin Şuşaya səfərləri təşkil ediləndə niyə Fransanın Azərbaycandakı səfiri Qross Zakari ora getmədi? Üstəlik Fransanın Ermənistandakı səfiri Con Lakot Azərbaycan qələbə qazandıqdan 1 il sonra “Belə bir reallıq var ki, Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə təyin olunmalıdır” deməsi hansı reallıqdan xəbər verir?

Dediyim bu məsələləri və digərlərini Fransaya həmişə xatırladıblar. Çünki Fransa özü nəinki insanlara, onların yaratdığı dəyərlərə, inanclara qarşı da amanısız olub. Afrika yaxşı bilir və hələ də unutmayıb.

Madaqaskardan Əlcəzairə kimi Afrika qitəsinin yarıdan çoxunu işğal edən, yerli əhalini kütləvi qətl edən, qaradərililərin hüquqlarını tanımayan elə fransızlar olub. 17-ci əsrdən başlayaraq 20-ci əsr də daxil olmaqla Afrika tarixinin qara səhifəsi Fransanın əli ilə açılıb.

Xüsusən də Afrikada müsəlman və onların dini abidələrini məhv edən, kütləvi qətlə yetirdiyi insanların kəllə sümüklərindən topa düzəldən Fransa ilə, 1918-ci ildə azərbaycanlıları kütləvi öldürən ermənilərin kəllə sümüklərindən təpə düzəltməsi erməni-fransız siyasi istiqamətlərini birləşdirir. Elə buna görə də, Avropa İttifaqının prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan münaqişəsinin bitməsindən sonra normallaşma prosesini dəstəkləməsi prezident Emmanuel Makronu narahat edir. Çünki Azərbaycanı Avropanın ən etibarlı tərəfdaşlarından biri kimi görən Şarl Mişelin fikirləri onun həmyerlisi Makronun xoşuna gəlmir. Qafqazda normallaşma xalqları qətl edən Fransanın siyasətinə uyğun gəlmir.

Siyasət demişkən, siyasi rəsmilər də Fransanın siyasətində hüquq normalarını pozmasını dəfələrlə bildiriblər. Məsələn, Azərbaycanın yaxın dostu, müttəfiqi Türkiyənin Avropa İttifaqına yaxınlaşmasını istəməyən türkləri erməni soyqırımında ittiham edirlər. Elə ona görə də pezident Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində demişdi ki, “Təbii ki, Afrikada öz qanlı keçmişləri ilə üz-üzə gəlmək əvəzinə Türkiyə əleyhinə danışanlarla iş görmürük. Əlcəzair və Nigeriyada 1 milyon insan, Ruandada 900 min insan öldürüldü. Onları öldürən kimdir? Qərb, Fransadı bunu edənlər. Onlar bizə insanlıq dərsi verə bilməzlər. Onlar ilk növbədə insanlığı öyrənməlidirlər”.

Elə Fransanın digər qonşusu İtaliyanın parlament seçkilərində qalib gələn, sağ mərkəzçilər blokuna daxil olan “İtaliyanın qardaşları” partiyasının sədri Corciya Meloninin çıxışı tam belə idi.

Sitat: Fransa Afrikanın müsləmləkəçi istismarını davam etdirir. 14 ölkədə zərbxanalar işlədərək pul kəsdirir, uşaqları mədənlərdə işlədərək xammal əldə edir. Fransa nüvə reaktorlarında istifadə etdiyi uranın 30%-ni Nigerdə əldə edir. Lakin Niger əhalisinin 90%-i elektriksiz yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sənin siyasətin ucbatından qitələrini tərk etməyə məcbur qalırlar. Sitatın sonu

 

Elə Azərbaycana, onun xarici siyasətindəki addımlarına da münasibət bildirmə, dərs verməyə çalışma, cənab Makron. Azərbaycan sizin dərs verəcək başınızın və əllərinizin nələrlə məşğul olduğunu yaxşı anlayır. Sülh yolunda irələliyən Azərbaycanın addımlarının altına erməni əli ilə minalar düzmə!

Bu sadaladığım məsələlərə görə də, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Çünki bu ölkə 30 illik vasitəçilik dövründə işi ancaq səfərlər etmək olan, sadəcə adı olub yer tutan ATƏT-in Minsk qrupunun həmsədri idi. Belə məqamlarda sədrliyin mahiyyəti siyasi iradə göstərib beynəlxlq hüququn normalarını əsas tutaraq yaranan problemi həll edəndir. Amma bunu Fransa üçün demək olmaz, çünki Azərbaycan torpaqlarını bu fəaliyyətsiz Fransa və onun olduğu Minsk qrupunun erməni pərəstliyi ucbatından müharibə yolu ilə qaytardı. Tək olaraq bunu etdi.

Hazırda da Azərbaycan tək olaraq sülh prosesinə yaxınlaşır. Vətən Müharibəsindən 2 il keçib, Azərbaycan siyasi iradəsi hesabına Brüssel formatında uğurlar qazanır, bu tək Azərbaycan üçün yox, Qafqaz üçün, Avropa üçün onun enerji və digər təhlükəsizliyi üçün önəmlidir. Amma Makron üçün önəmli ermənilərdir. Sülhdən uzaq düşüncələri ilə 30 ildən çox davam edən fransız fəaliyyətin ardı olaraq Makron, fransız-erməni birliyi yaradır, Qafqazda birliyə, sülhə maneə yaratmaq üçün.

Qafqaz, Azərbaycan sülh içərisində yaşamaq istəyir və bu prosesi sürətləndirən Azərbaycandır. Qafqazın ən güclü və ən çox əhalisinə sahib Azərbaycan təkcə öz vətəndaşlarının yox, bütün Qafqazın sülhü, sərhədlərinin işlək olması, interqrasiya üçün çalışır. Bu baxımdan Fransanın qara əməlləri azərbaycanlıların haqlı narazılığına səbəb olur.

Bu məsələlərə görə də cənab Makron, Qafqazda sülh Azərbaycanın bildiyi və təqdim etdiyi ssenari üzrə mümkündür. Fransız kinosunu özünüzə saxlayın!

Samir Cabbarov / operativmedia.az

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Özbəkistan XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

İran SQ-nin yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı Səfirliyini ziyarət edib

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

Prezidentin köməkçisi: Ermənistanın sülhlə bağlı təkliflərə 70 gün ərzində cavab verməsi suallar doğurur

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu