Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycan incəsənət incilərində yaşayan milli irs” sərgisi Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən olan 13 xalça, Qarabağın köhnə və yeni fotoşəkilləri, antik mətbəx əşyaları, ənənəvi dekorativ motivli geyimlər, rəngli şüşə qab nümunələri nümayiş olunub.
Tədbirdə gənc modelyer Zümrüt Mirzəliyevanın “keçmişlə indinin bədii dialoqu nəticəsində yaradılmış” moda kolleksiyasının nümayişi nümayiş etdirilib.