Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

admin
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Bakıya gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan millisinin skautu İlqar Qurbanov özünün instaqram səhifəsində paylaşım edib.

Əfsanəvi yarımmüdafiəçi bu gün Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyəcək.

Qeyd edək ki, görüş saat 20:45-də start götürəcək.

Digər xəbərlər