Laçın şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil olunub.
Operativ Media xəbər verir ki, konsertdə milli musiqilərimizlə yanaşı, dost ölkələrin məşhur əsərləri də səsləndirilib.
Proqrama xalq mahnısı “Laçın”, Mətin Bükeyin “Samanyolu”, Masroor Anwarın “Sohni Dharti”, Məhəbbət Kazımovun “Laçınım mənim”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara Dəniz” əsərləri və digər klassik nümunələr daxil olub.
Musiqi parçalarını xalq artistləri Azər Zeynalov, Briliant Dadaşova, Samir Cəfərov, Azərin və əməkdar artistlər Lalə Məmmədova, Nigar Şabanova, Ehtiram Hüseynov kimi tanınmış ifaçılar səsləndirib.
Konsertə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edib.
Bədii rəhbərliyi xalq artisti Ənvər Sadıqov həyata keçirib.