Ermənistanda terror aktı və hakimiyyəti zorla ələ keçirməyə cəhd olub, keşiş Baqrat Qalstanyan saxlanılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ermənistanda terror aktı və hakimiyyəti zorla ələ keçirməyə cəhd olub, keşiş Baqrat Qalstanyan saxlanılıb - YENİLƏNİB

Ermənistan Milli Təhlükəsizlik Xidməti keşiş Baqrat Qalstanyanı saxlayıb.

Operativ Media xəbər verir ki, müxalif “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan evində axtarış aparılandan sonra Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.

O, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.

***

10:46

Ermənistanın İstintaq Komitəsi ölkədə terror və hakimiyyəti ələ keçirməyə cəhdin qarşısının alınması barədə məlumat yayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Arxiyepiskop Baqrat Qalstanyan şübhəli bilinir.

Digər xəbərlər