DİN "Sputnik Azərbaycan"nın ofisində keçirilən əməliyyatla bağlı məlumat yayıb - YENİLƏNİB

Nərmin Qocamanlı
DİN "Sputnik Azərbaycan"nın ofisində keçirilən əməliyyatla bağlı məlumat yayıb - YENİLƏNİB

 “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.  

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. 

Əlavə məlumat veriləcəkdir.

***

12:46

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Operativ Media xəbər verir ki, polis ofisi nəzarətə götürüb.

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Digər xəbərlər