Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülər təlim keçmələri barədə şəhadətnaməni necə və hansı qaydada əldə edə bilərlər?
Operativ Media AYNA-ya istinadən mərhələlərin ətraflı izahını təqdim edir:
Tələblər:
● Sürücünün yaşı 21 və ya daha çox olmalıdır
● Minimum 2 il sürücülük təcrübəsinə malik olmalıdır
Təlimlərə qeydiyyatdan keçmək üçün:
● Şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ilə AYNA-nın Təlim-Tədris Departamentinə (ünvan: Ziya Bünyadov 39C) müraciət etməlidir
● Qeydiyyat prosesi başa çatdıqdan sonra sürücülər növbəli qaydada təlimlərə cəlb olunurlar.
● Təlimi uğurla başa vuran sürücülər Dövlət İmtahan Mərkəzinin veb-saytı vasitəsilə imtahanda iştirak üçün qeydiyyatdan keçirlər.
● İmtahanı uğurla vermiş sürücülərə Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq şəhadətnamə təqdim olunur.