Gədəbəydə “Azercell” nömrələrinin işində problemlər yaranacaq - RƏSMİ

Şəfa Hüseynli
Gədəbəydə “Azercell” nömrələrinin işində problemlər yaranacaq - RƏSMİ

Bu gün günorta saatlarından etibarən Gədəbəy rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.

Operativ Media xəbər verir ki, bu barədə "Azercell Telekom" MMC məlumat yayıb.

Yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək.

Digər xəbərlər