"Bitcoin"in qiyməti tarixi zirvəyə qalxıb

Əziz Əzizli
"Bitcoin"in qiyməti tarixi zirvəyə qalxıb

"Bitcoin"in dəyəri 123,3 min dolları keçərək tarixi maksimuma çatıb.

Operativ Media bu barədə "Binance" platformasının göstəricilərinə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 02:42-yə olan məlumata əsasən, kriptovalyutanın qiyməti 123,5 min dollara çatıb (artım +2,86%).

Saat 02:55-ə olan vəziyyətə görə isə "Bitcoin"in artımı bir qədər zəifləyib və qiyməti 123,2 min dollar təşkil edib (artım +2,57%).

Digər xəbərlər