Avqustun 15-də Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə yola salınan ilk köç karvanları ünvanlarına çatıb.
Operativ Media xəbər verir ki, Ağdərə rayonunun Kolatağ kəndinə ilk mərhələdə 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün gəlib. Ağdərə rayonunun Vəngli kəndinə isə 22 ailə olmaqla, 83 nəfər keçmiş məcburi köçkün köçürülüb.
Köç karvanları respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.