Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Şəfa Hüseynli
Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Operativ Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.

Digər xəbərlər