Yasamalda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Şəfa Hüseynli
Yasamalda  qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Digər xəbərlər