Mingəçevir Sənaye Parkında 550 nəfər daimi işlə təmin edilib

Nərmin Qocamanlı
Mingəçevir Sənaye Parkında 550 nəfər daimi işlə təmin edilib

Bu ilin birinci yarısında Mingəçevir Sənaye Parkında 24,9 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə Operativ Media-ya İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, istehsal ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 7 % artıb.

İstehsalın 16,7 milyon manatlıq hissəsi isə ixracın payına düşüb. Mingəçevir Sənaye Parkında indiyədək 351,4 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 83 %-dən çoxu, yəni 293,3 milyon manatlıq hissəsi ixrac edilib.

Qeyd olunub ki, hazırda Sənaye Parkında investisiya portfeli 530,3 milyon manat olan 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 1 müəssisə fəaliyyət göstərir. Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.

Qeyd edək ki, Mingəçevir Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Park dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb.

Digər xəbərlər