http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

ƏƏSMN-də növbəti kollegiya iclası keçirilib

28 Fevral 2023 , 12:33
ƏƏSMN-də növbəti kollegiya iclası keçirilib

Ötən il daha 618,3 min vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faiz təşkil edib. Ümumilikdə isə ötən dövrdə DOST mərkəzlərində 1,3 milyonadək vətəndaşa xidmət göstərilib.

"Operativ Media" xəbər verir ki, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılmış sosial islahatların mühüm innovativ uğurlarından biri olmaqla sosial sahələrə aid 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Qeyd olunub ki, 2022-ci ilin dekabr ayında daha bir DOST mərkəzi açılaraq bu mərkəzlərin sayı 6-ya çatıb. Habelə 2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib. Son bir ildə DOST xidmətləri sahəsində bir sıra yeniliklər (Onlayn növbə xidməti, səyyar xidmətlərin, mediasiya xidmətinin təşkili, surdo tərcümə və s.) də tətbiq olunub. Eləcə də DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib, 2 layihə üzrə finalçı seçilib, 4 beynəlxalq ISO sertifikatı əldə edib. Sosial sahədə ötən beş ildə ardıcıl olaraq icra olunan elektronlaşma proqramından bəhs olunub. Keçən il də bu sahədə işlərin davam etdirildiyi, artıq Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı, e-sistem üzərindən 51 proaktiv xidmətin fəaliyyət göstərdiyi qeyd edilib. Ötən il Nazirliyin informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin e-xidmətlərinə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb, Nazirliyin e-sistemlərinə sorğu və müraciətlərin sayı 209 milyon olub. Ötən il daha 314 min proaktiv təyinat aparılıb. E-sosial portalından keçən il 1 milyon 273 min, ümumilikdə ötən dövrdə 10,9 milyon dəfə istifadə edilib. Nazirlik “ASAN xidmət indeksi” üzrə yeni qiymətləndirmədə əvvəlki dövrlər üzrə nəticələrini daha da artıraraq 88% nəticə ilə birinci yerdə qərarlaşıb. Beləliklə, 2019-cu ilə aid qiymətləndirmədə 20-ci yerdə olan Nazirlik 2020-ci il üzrə 5-ci yeri, 2021-ci il üzrə 2-ci yeri, bu il açıqlanan yeni qiymətləndirmədə isə ilk yeri tutub

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu