http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İlham Əliyev Rafael Mariano Qrossini qəbul edib - YENİLƏNİB

02 Mart 2023 , 16:30
İlham Əliyev Rafael Mariano Qrossini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib. 

"Operativ Media" xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasına görə dövlətimizin başçısını təbrik etdi. Bildirdi ki, Azərbaycanın bu Hərəkata sədrliyi praktiki xarakter daşıyaraq beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfə verib, Hərəkatın dünyada rolunu daha da gücləndirib.

Rafael Mariano Qrossi ölkəmizlə rəhbəri olduğu agentlik arasında səmərəli əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Rafael Mariano Qrossiyə tədbirdə iştirakına görə minnətdarlığını ifadə etdi, Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa böyük önəm verdiyini dedi.

Dövlətimizin başçısı nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini bildirdi. Bu xüsusda kənd təsərrüfatı, tibb, neft-kimya səhələrində Azərbaycanla agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirdi, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki probemlərinin olduğunu diqqətə çatdırdı və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğuladı.

Görüşdə Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə bütün dövlətlər tərəfindən riayət edilməsinin vacibliyi bildirildi, bu xüsusda nüvə silahının yaradılması cəhdlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olundu.

 

***

14:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu