http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ceyhun Bayramov Fələstinli həmkarı ilə görüşüb

02 Mart 2023 , 16:11
Ceyhun Bayramov Fələstinli həmkarı ilə görüşüb

2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.

Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Nazir Riyad Əl-Maliki, Azərbaycanın QH-ya sədrliyinin Hərəkatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu