http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İlham Əliyev Lui Bononu qəbul edib - YENİLƏNİB

06 Mart 2023 , 13:10
İlham Əliyev Lui Bononu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

***

12:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır

Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

  • 18:45

    Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir
  • 18:34

    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
  • 18:09

    Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı
  • 17:59

    İran XİN İsraili təhdid edib
Menyu