http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib - YENİLƏNİB

08 Mart 2023 , 19:08
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

"Operativ Media" xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Ötən 10 il ərzində Mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisata çevrildiyini deyən qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək X Qlobal Bakı Forumunun uğurlu olacağına əminliklərini bildirdilər, bu Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlərinin müzakirə ediləcəyini vurğuladılar.

Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini dedi, bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğuladı, onun sıralarının genişlənməsini və yeni regionlardan olan təmsilçilərin Mərkəzin fəaliyyətinə qoşulmasını müsbət amil kimi dəyərləndirdi.

Prezident İlham Əliyev X Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, Forum çərçivəsində multilateralizmlə, regional və qlobal problemlərlə bağlı məsələlərin müzakirə olunacağını dedi.

Vayra Vike-Freyberqa 10 il əvvəl ölkəmizə səfəri çərçivəsində qədim Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfransda iştirakını qeyd edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının və Qlobal Bakı Forumunun keçirilməsinin əsasının məhz həmin tədbirdə qoyulduğunu xatırladı.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini deyən qonaqlar Forum çərçivəsində Ulu Öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş konfransın keçiriləcəyini bildirdilər.

Görüşdə beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə ətraflı məlumat verdi və qonaqların suallarını cavablandırdı.

***

18:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır

İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır

XƏBƏR LENTİ
  • 22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • 21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • 21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • 21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • 20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

Menyu