http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

ƏƏSMN: Satışa çıxarılan mənzillərdən artıq bir qismi onları ilk bron etmiş şəxslərə satılıb

09 Mart 2023 , 16:01
ƏƏSMN: Satışa çıxarılan mənzillərdən artıq bir qismi onları ilk bron etmiş şəxslərə satılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq bir qisminin onları ilk bron etmiş şəxslərə satışı həyata keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində yerləşən mənzilləri bron etmiş şəxslərdən bir qrupu ilə seçdikləri mənzilin dəyəri tam ödənilməklə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra həmin mənzillər sahiblərinə təqdim edilib.

Hazırda ms.sosial.gov.az portalı üzərindən mənzillərin bron edilməsi, həmçinin mənzili bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
Menyu