http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olunub

18 Oktyabr 2022 , 17:54
26 yaşlı azərbaycanlı İsveçdə nazir təyin olunub

26 yaşlı Azərbaycanəsilli Romina Purmoktari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

 

“Operativ Media” “The Local Sweden” nəşrinə istinadən xəbər verir ki, Purmoktari bununla da İsveç hökumətində bu günə qədər təyin olunan ən gənc nazir olub.  

 

Belə ki, oktyabrın 17-si İsveç parlamenti ölkənin Baş naziri vəzifəsinə Mühafizəkarlar partiyasının lideri Ulfa Kristerssonun namizədliyini təsdiq edib. Kristersson bu gün isə Nazirlər Kabinetinin yeni tərkibini təqdim edib.

 

Bildirilir ki, bundan əvvəl İsveçin ən gənc naziri 27 yaşlı Aida Hacialiç hesab olunurdu. Belə ki, orta təhsil naziri olan Aida içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə, 2016-cı ildə istefaya göndərilib.

 

Qeyd edək ki, R. Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.

 

Romina Purmoktari əslən Cənubi Azərbaycandandır. Onun atası İbrahim Purmoktari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu