http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Petru Luçinski: Heydər Əliyev Azərbaycan üçün zəngin irs qoyub

12 Mart 2023 , 17:36
Petru Luçinski: Heydər Əliyev Azərbaycan üçün zəngin irs qoyub

Vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəniz haqqında dediyi “Azərbaycan iri addımlarla irəliləyir” sözləri indi də öz aktuallığını saxlayır. Azərbaycanın bugünkü inkişaf strategiyasının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Mən bu böyük insanla 1970-ci illərdə tanış oldum. Tanışlığımız sonra möhkəm dostluğa çevrildi. Heydər Əliyev fenomen idi. O, Azərbaycan üçün zəngin irs qoyub.

"Operativ Media" xəbər verir ki, bu fikirləri Moldovanın sabiq Prezidenti Petru Luçinski Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AZƏRTAC-a açıqlamasında söyləyib.

Petru Luçinski bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ən çox inkişaf edən ölkədir. Bunu bütün nöqteyi-nəzərdən demək mümkündür. Əlbəttə ki, çətinliklər, sıxıntılar həmişə olub və olacaq. Amma Azərbaycan bütün çətinliklərin öhdəsindən gələrək irəliyə doğru addımlamaqda davam edir.

“Mən də daxil olmaqla bütün həmkarlar Heydər Əliyevin iti zəkasına, təfəkkürünə, uzaqgörən fikirlərinə heyran idik. O, daim gələcək haqqında düşünürdü, sabah üçün həmişə hazır strategiyası vardı. Onun layiqli varisi Prezident İlham Əliyev müdrik və sülhsevər siyasət yürüdür. Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub, indi də belədir. Azərbaycan regionda sülhün təminatı üçün ciddi səylər göstərir. Bu, təqdirəlayiqdir”, - deyə Moldovanın sabiq Prezidenti bildirib.

Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrdən danışan Petru Luçinski Azərbaycanın Moldova ilə birgə layihələrini də qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu