http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

Hikmət Hacıyev: KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər

12 Mart 2023 , 19:19
Hikmət Hacıyev: KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər

"KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürüst siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində bütün KTMT üzv ölkələrinin təhqir olunması idi", - Hikmət Hacıyev qeyd edib.

"Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq Baş katibin müavini kvotasından imtina ediblər.

Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Və əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu