http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleyası memorandum imzalayıb

12 Mart 2023 , 21:31
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleyası memorandum imzalayıb

Məclisin sədri Sahibə Qafarovanın Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşündə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında anlaşma memorandumu imzalanıb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, görüşdə Milli Məclislə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb. Qeyd olunub ki, adətən parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır. Lakin Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib.

S.Qafarova həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə qurmaqda maraqlıdır. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərinin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini deyib.

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. O, şəbəkənin 2021-ci ildə Madriddə keçirilən təsis, ötən il Bakıda keçirilən birinci konfransları, həmçinin, sabah keçiriləcək ikinci konfransa hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib. S.Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.

ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirərək, həmçinin, ölkəmizin Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atdığı addımların geniş beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu