http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

SİF daha bir layihəyə güzəştli kredit ayırıb

15 Mart 2023 , 16:12
SİF daha bir layihəyə güzəştli kredit ayırıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən “Vent MMC”nin havalandırma borularının istehsalı layihəsi üçün 495 min manat güzəştli kredit ayrılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.

Xatırladaq ki, 2022-ci ildə SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8 %-i kənd təsərrüfatı, 23,9 %-i sənaye məhsullarının istehsalı və emalı, 6,5 %-i turizm, 9,9 %-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6 %-i regionların, 29,4 %-i isə Bakı şəhəri və Abşeronun payına düşür.

Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9 %-i, kreditin məbləği üzrə isə 98,3 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

OXŞAR XƏBƏRLƏR
"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,5%-ə yaxındır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,5%-ə yaxındır

XƏBƏR LENTİ
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
Menyu