http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

XİN: Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər

19 Oktyabr 2022 , 12:05
XİN: Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər

“Azərbaycan postmünaqişə dövründə daxil olub. Erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın geri qaytarılması bu gün ölkəmiz qarşısında dayanan prioritet məsələdir”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, son 2 ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard dollardan artıq vəsait yönəldilib.

“İşğaldan azad edilmiş ərazilərdə infrastruktur ermənilər tərəfindən tamamilə məhv edilib. İndi həmin ərazilərin sıfırdan bərpası lazımdır. Lakin ermənilərin həmin əraziləri minalarla çirkləndirilməsi yenidənqurma və bərpa işləri qarşısında dayanan əsas maneədir. Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin dəqiqliyi isə heç 25 faiz deyil. Bu günə qədər 3300-ə yaxın insan mina qurbanı olub”, - deyə nazir müavini əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu