http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İran səfirliyi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb

19 Oktyabr 2022 , 12:37
İran səfirliyi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb

İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir. Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını da xatırladıb.

“Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir.İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, bəyanatda deyilir.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
Menyu