http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Tüməndən də aşağı - ŞƏRH

24 Mart 2023 , 14:38
Tüməndən də aşağı - ŞƏRH

Siyasətdə dostluq, qardaşlıq münasibətlərindən başqa həm də maraqlar olur. Məsələn, qarşılıqlı maraqlar üzərində qurulan münasibətləri yüksək səviyyəyə çatdırmaq dünya siyasətində mövcuddur. Bu müasir idarəetmənin göstəricisidir. İranda isə biz bunu görmürük.

Bəs İranın marağı nədir?


İranın maraqlarına tarixən nəzər saldıqda görürük ki, işğalçılıq, qonşuların ərazi bütövlüyü üçün təhdid, məqamı düşəndə işğalçıların yanında olmaq, qanunsuz ticarət əməliyyatlarına əl qoymaq  və s. mənfi məsələlər aid olub. Məsələn, yaxın günlərdə İranda SEPAH-ın quru qoşunlarının generalı Məhəmməd Pakpurun Azərbaycan sərhəddində qoşunların döyüş vəziyyətini yoxlaması və bunu mediada bilərəkdən SEPAH-a məxsus media kanallarla yayımlanması təsadüfi deyil. Yuxarıda dediyim kimi işğalçılıq siyasətinin, regionda müharibələrin olmasını istəyən bir dövlətin siyasətidir. Fikir verirsinizsə, belə addımlar Azərbaycanın Ermənistanla sülh müqaviləsini müzakirə etdiyi vaxtda baş verir. Deməli İranın məqsədi sülhə töhvə vermək deyil.


Bəs İranın məqsədi nədir?


Yadınızdadırsa Azərbaycan, Ermənistanın 30 ilə yaxın işğal etdiyi torpaqlarını azad edəndə gördük ki, Araz çayı üzərində olan Xudafərin körpüsündə sınıq bir qapı vardı, o da açıq. Mehriban qonşular arasında həyət içi gediş-gəliş olsun deyə qapı olmur. İran işğal edilmiş Azərbaycan torpağı  -  Xudafərin körpüsü ilə Ermənistanla açıq mehriban, qardaşlıq qapısı açımışdı. Azərbaycan ərazisi ilə istədiyi qanunsuz əməlləri – narkotik ticarəti, Qarabağdakı azərbaycanlılara məxsus evləri söküb aparması, ermənilərə də sökdükləri hər bir azərbaycanlının evinə görə 100 dollar verməsi və s... Necə ki, Azərbaycan haqq-ədaləti bərpa etdi, Xudafərin də azad olundu. İran körpüdə post qurdu, qapının bağlı olduğunu yoxlamağa başladı. Çünki İran haqq-ədalətin yanında deyil. Qarabağda yenidənqurma işləri, xarici və yerli şirkətlər üçün əlverişli şəraitin yaradılması məsələsinə İran gözü ilə baxıb ad qoyur ki, sərhədlərimiz yaxınlığında sionist rejim var. Çünki molla rejimi abadlıq, quruculuq nədir, bilmir. Onun üçün əsas məqsəd Azərbaycanın pis gününü görməkdir. O da olmayacaq, duaları qəbul olunsaydı, ölkələrindəki etirazları yatırardılar, rial tüməndən də aşağıda olmazdı.

Samir Cabbarov – Operativ Media.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

XƏBƏR LENTİ
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
  • 21:07

    Dörd rayonun qaz verilişində məhdudiyyətlər olacaq
  • 20:57

    Borrell Qərb silahlarının Rusiya hava limanlarına zərbə endirməsinə icazə verməyə çağırıb
  • 20:54

    YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
  • 20:33

    İsrail ordusu Hizbullahın yer-hava raketlərini vurduğunu bildirib
  • 20:08

    İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatının miqyasını azaldacaq
  • 19:40

    Rusiyanın Baş naziri Mişustin Ermənistana səfər edib
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
Menyu