http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

XİN: Ermənistanın "məhbus" adlandırdığı şəxslər cinayətkarlardır

24 Mart 2023 , 15:30
XİN: Ermənistanın "məhbus" adlandırdığı şəxslər cinayətkarlardır

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb.

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3800 azərbaycanlı ilə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

XƏBƏR LENTİ
  • 21:23

    Polis Berlində Fələstin tərəfdarı olan nümayişçilərin evlərinə basqın edib
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
  • 21:07

    Dörd rayonun qaz verilişində məhdudiyyətlər olacaq
  • 20:57

    Borrell Qərb silahlarının Rusiya hava limanlarına zərbə endirməsinə icazə verməyə çağırıb
  • 20:54

    YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
  • 20:33

    İsrail ordusu Hizbullahın yer-hava raketlərini vurduğunu bildirib
  • 20:08

    İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatının miqyasını azaldacaq
  • 19:40

    Rusiyanın Baş naziri Mişustin Ermənistana səfər edib
Menyu