http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb

24 Mart 2023 , 23:05
Azərbaycanla BMqT arasında qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində fikir mübadiləsi aparılıb

BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən Su konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktorunun müavini xanım Daniels Uqoçi ilə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, görüşdə su ehtiyatlarının azalması, səmərəli idarə edilməsi, qlobal iqlim dəyişikliyi ilə mübarizə, erkən xəbərdarlıq və müasir müşahidə sistemlərinin vacibliyi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə D.Uqoçi ötən il Zəngilan rayonunun Ağalı kəndində "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətinə diqqət çəkib. O, xüsusilə regionda su məsələləri üzrə gələcək əməkdaşlığın formalaşması istiqamətində görülən işlərdən bəhs edib və qəbul olunan qərarların vacibliyini vurğulayıb.

D.Uqoçi, həmçinin bu il Ağdam rayonunda Azərbaycan və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında keçirilən "İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr" haqqında da müsbət fikirlərini bildirib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

XƏBƏR LENTİ
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
  • 21:07

    Dörd rayonun qaz verilişində məhdudiyyətlər olacaq
  • 20:57

    Borrell Qərb silahlarının Rusiya hava limanlarına zərbə endirməsinə icazə verməyə çağırıb
  • 20:54

    YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
  • 20:33

    İsrail ordusu Hizbullahın yer-hava raketlərini vurduğunu bildirib
  • 20:08

    İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatının miqyasını azaldacaq
  • 19:40

    Rusiyanın Baş naziri Mişustin Ermənistana səfər edib
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
Menyu