http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

DYP yol hərəkəti iştirakçılarına müraciət edib

25 Mart 2023 , 11:15
DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuşdur.

"Operativ Media" xəbər verir ki, tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

XƏBƏR LENTİ
  • 08:21

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:08

    "Neftçi" sabiq çalışdırıcısına tapşırılır
  • 07:59

    Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • 07:50

    Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
Menyu