http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olan 12 nəfər saxlanılıb

27 Mart 2023 , 11:37
Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olan 12 nəfər saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirlər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə baxış keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırımış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.  

Bundan başqa son tədbirlər zamanı isə daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə 1 kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu