http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

27 Mart 2023 , 15:22
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb

Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

"Operativ Media" xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib.

Qərara əsasən, 2023-cü il 28 mart saat 06:00-dan: hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilib.

Aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:

-xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;

- müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB

Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu