http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Elektriklə balıq ovlayanlar saxlanılıb

27 Mart 2023 , 16:04
Elektriklə balıq ovlayanlar saxlanılıb

DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Maqsud Rəsulov saxlanılıb. Onun ovladığı 3 ədəd “şəhmayı”, 2 ədəd “daban (karas)” və 84 ədəd “xramulya” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1045 manat miqdarında zərər vurması müəyyən edilib.

Bundan başqa Su Polisinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Mingəçevir Su Anbarının Samux rayonu ərazsində olan hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Məmmədov da saxlanılıb. Araşdırma zamanı V. Məmmədovun 40 ədəd “çapaq”, 56 ədəd “daban” balığını qanunsuz olaraq ovlaması və təbiətə 1056 manat miqdarında zərər vurması müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

Leyla Əliyeva Qəbələ rayonuna səfər edib

XƏBƏR LENTİ
  • Dünən
    22:41

    İsrailin hərbi bazasına zərbələr endirilib
  • Dünən
    22:33

    “Milton” və “Helen” qasırğalarından zərər çəkmiş ştatlara 612 milyon dollar ayrılacaq
  • Dünən
    21:34

    Bakıda gənc oğlan bıçaqlanıb
  • Dünən
    21:23

    Sabah bəzi ərazilərdə qaz olmayacaq
    Sabah bəzi ərazilərdə qaz olmayacaq
  • Dünən
    20:11

    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
    Leyla Əliyeva Qəbələ rayonuna səfər edib
  • Dünən
    19:34

    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
    Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatıb - YENİLƏNİB
  • Dünən
    19:13

    Hizbullah İsraili ittiham edir
  • Dünən
    18:59

    Aİ Macarıstanı Ukraynaya dəstək üçün razı sala bilməyib
Menyu