http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Şəhid ailəsi və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub

20 Oktyabr 2022 , 16:21
Şəhid ailəsi və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, müharibə əlilləri və imtiyazlı kateqoriyadan olan digər şəxslərə (Çernobıl əlilləri, gözdən əlilliyi olan şəxslər) daha 50 mənzil təqdim edilib.

Bu barədə "Operativ Media"-ya Nazirlikdən xəbər verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.

Bu işlər çərçivəsində onların mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Habelə imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın mənzillə təminatı tədbirləri geniş vüsət alıb.

Qeyd olunub ki, bu gün Abşeron və Bakının Sabunçu, Binəqədi rayonlarındakı yeni yaşayış komplekslərində təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.

Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1000-ə qədəri təqdim edilib.

Çernobıl əlilləri və gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri də davam etdirilir. Çernobıl əlillərinə 2021-ci ildə 258, bu ilin ötən dövründə 64, gözdən əlilliyi olan şəxslərə ötən il 255, 2022-ci ildə isə 149 mənzil təqdim edilib.

Yeni mənzillərlə təmin edilən imtiyazlı şəxslər dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə onlara mənzillər verildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu