http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Sahibkarlara Dəstək "Nabat Talks" Biznes Forumu keçiriləcək

29 Mart 2023 , 12:26
Sahibkarlara Dəstək "Nabat Talks" Biznes Forumu keçiriləcək

Şəhərimizin sakinləri və qonaqları biznesin bütün sahələrinin təmsil olunacağı Forumda iştirak etmək üçün unikal fürsət əldə edirlər!

Nabat Talks Biznes Forumu məhsul və xidmətlərin təqdimatı, biznesinizdə çətinliklərin öhdəsindən gəlməyinizə kömək edəcək təcrübəli sahibkarların çıxışları, eləcə də əl işləri yarmarkası olacağı irimiqyaslı bir forumdur!

 Şəhərin korporativ həyatının bütün nümayəndələri dəvətlidir!

Aprelin 15-də saat 10:00-dan 19:00-dək Şərq Bazarında keçiriləcək Forum aşağıdakı sahələri əhatə edəcək: Texnologiya və Təhsil, Tibb, Turizm, Qida və FMCG Bankçılığı, Reklam və Marketinq, Hüquq, Logistika, Moda və Estetik və bir çox başqaları.

Forumun təşkilatçısı Alpha-Omega şirkətidir. Alpha-Omega bir sıra irimiqyaslı korporativ tədbirlərin təşkilatçısı, kiçik və orta sahibkarların yeni faydalı əlaqələr qura və bizneslərini təqdim edə biləcəyi Nabat Talks netvorkinq platformasının təsisçisidir. Daha ətraflı https://alpha-omega.az

Forumun məruzəçiləri arasında: Afət Əhmədova - ZIRA Natural & Gourmet-in təsisçisi və direktoru, Ceyhun Əli - teleaparıcı, spiker, moderator, Vahid Mürsəliyev Azərbaycanın aparıcı mobil operatoru Azercell MMC-nin prezidenti, Seymur Məmmədov – Simbrella şirkətinin direktoru və digər tanınmış iş adamları var. 

Forum günü ərzində biznes iştirakçıları, şirkətlərin əməkdaşları, eləcə də yarmarkaya gələn qonaqlar DEVELOR beynəlxalq konsaltinq şirkətinin təlimlərində iştirak etmək imkanını qazanacaqlar.

Tədbir iştirakçıları uzaq məsafələrə getmədən biznes sahələri ilə daha yaxından tanış olmaq və potensial əməkdaşlıqları müzakirə etmək imkanı əldə edəcəklər.

Ümumilikdə Forum 3000-dən çox iştirakçını qəbul etməyə hazırlaşır.

Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmağınız xahiş olunur: https://alpha-omega.az/ru/nabat-talks/forum/ 

Layihə koordinatorunun əlaqə nömrəsi: Quliyeva Rəfiqə  (051) 758 51 33 

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Menyu