http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

29 Mart 2023 , 22:24
İmişli, Saatlı, Biləsuvar və Cəlilabadda əkin sahələrinin suvarılmasındakı problemlərin həlli ilə bağlı görüş keçirilib

Son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev başda olmaqla, Cəmiyyətin nümayəndələri martın 29-da İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçıları və aidiyyəti təşkilatların mütəxəssisləri ilə görüşüblər.

"Operativ Media" xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Azərtac-a bildirib ki, görüşdə hazırda Bəhrəmtəpə hidroqovşağından saniyədə 53 kubmetr suyun keçdiyi (bunun 22 kubmetri Yuxarı Qarabağ kanalı vasitəsi ilə Araz çayını qidalandırır) barədə məlumat verilib. Eyni zamanda, bildirilib ki, su itkilərinin qarşısının alınması məqsədi ilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanalları beton üzlüyə alınmaqla, yenidən qurulması işləri həyata keçirilir. Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədi ilə yerli istismar idarələrinə səyyar nasos stansiyaları verilib.

Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.

Son vaxtlar su təminatında ciddi çətinliklər yaranan Saatlı rayonunda Sabir kanalı suvarma sisteminin xidməti ərazisində yerləşən 14 kənd üzrə su bölgüsü qrafiki müəyyənləşdirilib.

Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu