http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib

29 Mart 2023 , 22:28
Dövlət Xidməti “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə müraciət daxil olub.

"Operativ Media" xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra bazar subyektlərinin “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə etmələrinə dair hallar aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd olunur ki, “Xırdalan” əmtəə nişanı kimi “Carlsberg Azerbaijan” MMC adından ölkə ərazisində müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanı Azərbaycan Respublikasında qanunvericiliklə qorunur və ondan yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Qanuna əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 08:04

    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
    XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Menyu