http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qadın şahmatçılar arasında Avropa Çempionatı başa çatıb

30 Mart 2023 , 09:07
Qadın şahmatçılar arasında Avropa Çempionatı başa çatıb

Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb. Yarışda Azərbaycanın 14 zəka sahibi qüvvəsini sınayıb.

Sonuncu - 11-ci turda yığmanın 12 üzvü mübarizə aparıb. Onlardan yalnız Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva öz görüşlərini qələbə ilə bitiriblər.

Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə etdiyi gündə Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər.

Yekunda ən yaxşı nəticəyə G. Məmmədova imza atıb. 7 xal toplayan şahmatçı yarışı 25-ci pillədə tamamlayıb.

İsveçrə sistemi ilə keçirilən Avropa çempionatının nəticələrinə görə, 9 şahmatçı Bakıda təşkil ediləcək dünya kubokuna vəsiqə qazanıb. Buna qədər şahmatçılarımızdan Gülnar Məmmədova, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva bu lisenziyanı qazanıblar. Onu da xatırladaq ki, ötən il təşkil edilən qitə çempionatında Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal əldə etmişdi.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazandı

Fernandu Santuş jurnalistlər qarşısına çıxacaq

Fernandu Santuş jurnalistlər qarşısına çıxacaq

XƏBƏR LENTİ
  • 22:59

    FHN-in Mülki müdafiə qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub
  • 22:09

    Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər
  • 21:26

    “Boeing” şirkəti işçilərinin 10%-ni ixtisar edəcək
  • 20:58

    Şotlandiyanın keçmiş birinci naziri vəfat edib
  • 20:53

    Armen Qriqoryan: Türkiyə ilə sərhədi açmağa hazırıq
  • 20:26

    Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu
  • 19:35

    İsrailin hücumu nəticəsində Livanda 26 nəfər həlak olub
  • 19:33

    Azərbaycanda avtomobillərin ölkə ərazisində törətdiyi qəzaların keçmişinə baxmaq mümkün olub
Menyu