http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Yasamalda rayonunda son iki ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb

30 Mart 2023 , 12:36
Yasamalda rayonunda son iki ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Amin Kərimli saxlanılıb. Onun üzərinə baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Amin Kərimli heroini Bakı şəhərində satmaq məqsədi ilə əldə etdiyini bildirib. 

Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələri tərəfindən fevral-mart aylarında rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 18 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitələr və metamfetamin çıxarılıb. Saxlanılanlardan bir neçəsi narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər. 

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb

Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb

XƏBƏR LENTİ
  • 17:08

    “Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib
  • 16:39

    Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA
  • 16:23

    Mingəçevirdə kişi döyülərək öldürülüb, oğlu saxlanılıb
  • 15:44

    Hakan Fidan Yunanıstana səfər edəcək
  • 15:17

    Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
  • 15:05

    Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
    Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
  • 15:01

    Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib
  • 14:49

    XİN: Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib
    XİN: Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib
Menyu