http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"İnvest-AZ" maliyyə vəziyyətini açıqladı

30 Mart 2023 , 16:07
"İnvest-AZ" maliyyə vəziyyətini açıqladı

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2022-ci ili 1 milyon 589 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 242 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "İnvest-AZ"ın xalis mənfəəti 347 min manat və ya 27,9% artıb.

"Operativ Media "xəbər verir ki, "İnvest-AZ İnvestisiya Şirkəti"nin əsas əməliyyat gəlirləri 2021-ci ildə 4 milyon 87 min manat ikən, 2022-ci ildə 4 milyon 960 min manata yüksəlib. Ötən il gəlirlərin 4 milyon 672 min manatı və ya 94%-i marja ticarəti üzrə olub. 

Həmçinin, 2022-ci ildə "İnvest-AZ İnvestisiya Şirkəti" 1 milyon 169 min manat digər gəlirlər əldə edib.

Ötən il "İnvest-AZ"ın nizamnamə kapitalı 584 min 250 manat artırılaraq 2 milyon 838 min 840 manata çatdırılıb.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin maliyyə hesabatlarını "Baltic Caspian Audit" (Crowe Azərbaycan) müstəqil yoxlamadan keçirərək ona mübət rəy verib. 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
Menyu